`Uşaqlarımız soyuqdan qırılacaq `– Bərdədə 3 ailə təhlükədə


16:09     22 Noyabr 2016 407442026.jpg


Ağdamın işğal olunmuş ərazilərindən didərgin düşən bir qrup şəxs tərəfindən Femida.az -a müraciət daxil olub. Hazırda Bərdə rayonu, Zöhrabbəyov küçəsində çayxana binasında məskunlaşan 3 ailə 23 ildir ki, qaz üzünə həsrət qaldıqlarını bildirirlər. 3 ailənin 10 nəfər üzvü soyuqda bu tikilidə yaşamağın mümkünsüz olduğunu və problemin kökündə Elbrus Abbasov adlı şəxsin durduğunu iddia edilir.

“ Kəndimiz işğal olunandan bu binada məskunlaşmışıq. Üç ailədə 10 nəfərik. Uşaqlar soyuğa dözə bilmir. Binanın yaxınlığından qaz xətti keçsə də bizə çəkilmir. Bizim binada köhnə qaz xətti var. Problemlə bağlı bütün aidiyyatı qurumlara müraciət etmişik. Ancaq müsbət cavab ala bilmirik. Problem kimi binanın Elbrus Abbasov tərəfindən özəlləşdirilməsi göstərilir. O da qaz xəttinin çəkilməsinə icazə vermir. Bu məsələ ilə bağlı ölkə rəhbərinə də müraciət etmişik. İndi cavabını gözləyirik. Hər zaman prezidentimizdən və onun xanımından diqqət görmüşük. Xahiş edirik bu məsələdə də bizə yardım etsinlər. Beton binalarda uşaqlarımız soyuqdan qırılır. Artıq odun almağa da imkanımız yoxdur. Bizə təcili yardım edilməsə uşaqlarımız soyuqdan qırılacaq. Səs verib seçdiyimiz deputatımız Bəxtiyar Sadıqova vurduğumuz teleqramın da nəticəsi olmadı. ”

Femida.az Ağdam rayonundan seçilən millət vəkili Bəxtiyar Sadıqovla əlaqə saxlamaq istəsə də, telefon zənglərimizə cavab verən olmadı.

Məsələ ilə bağlı Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, hər hansı bir mənzilə, yaxud tikiliyə qaz xəttinin çəkilməsi üçün sahibi tərəfindən müraciət olunmalıdır.

“Siz dediyiniz məqamda həmin şəxs buna etiraz edirsə, biz oraya qaz xətti çəkə bilmərik”,deyə mətbuat katibi bildirib.

Məsələni diqqətdə saxlayacağıq.










Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4438


Oxşar xəbərlər